Tatarıstan Respublikasının rəisi Rüstəm Nurqaliyeviç Minnixanov "Dostluq" ordeni ilə təltif edilib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. R.Minnixanov Azərbaycanla Rusiya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə bu ordenlə təltif olunub.