Tanınmış jurnalist və aparıcı Tahirə Məmmədli efirdə duyğusal anlar yaşayıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, "Gün bu gün" verilişində qonaq olan jurnalist həyatından danışarkən göz yaşlarına hakim ola bilməyib. Xəstəliyi ilə bağlı yaşadığı çətinlikləri dilə gətirən Məmmədli özü ilə bərabər studiyadakı qonaqları da kövrəldib.