Yeni il bayramı ərəfəsində qızılın qiymətində artım baş verə bilər. Bunu Day.Az-a açıqlamasında "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib.