Gəncədə bıçaqlanma baş verib. Day.AzAPA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. M. adlı oğlanın bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu bildirilir. Bıçaqlanan və hadisəni törədən şəxsin qəsəbədə yerləşən 21 nömrəli tam orta məktəbin şagirdləri olduğu deyilir.