Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində yerləşən "Çingiz Xan" şadlıq evinin qarşısında baş verib. "Hyundai" markalı 77-RB-234 dövlət qeydiyyat nişanlı avtomobil 1967-ci il təvəllüdlü Əliyeva Ranə Qiyas qızını vurub.