Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində 2 fakt üzrə ölkə ərazisinə qanunsuz yollarla gətirilən və aksiz markası ilə markalanmayan külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb. Bu barədə Day.Az-а DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.