Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 23-də İtaliya Respublikasının Azərbaycandakı səfiri Luka Di Cianfrançesko ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Day.Az-a verilən xəbərə görə, görüşdə Azərbaycanla İtaliya arasında əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə olunub.