25 dekabr tarixində Yer üzərində güclü maqnit qasırğası və qütb parıltısının müşahidə olunacağı gözlənilir. Day.Az xəbər verir ki, bu barədə "Fobos" Hava Mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus sosial şəbəkələrdə məlumat verib. Bildirilib ki, sözügedən hadisənin səbəbi bir gün əvvəl Günəşdə baş vermiş partlayışdır.