Gəncə şəhərində ümumi sahəsi 15 m² olan birmərtəbəli 1 otaqlı evdə əşyalar 10 m² sahədə yanıb. Day.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.