İran Bakı-Qroznı sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verir. Day.Az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün yerli mediaya açıqlamasında deyib. Onun sözlərinə görə, sərnişin təyyarəsinin qəzası təəssüfləndirici hadisədir.