Xocalı rayonun inzibati ərazisində televiziya qülləsi (teleqüllə) inşa olunacaq. Bu barədə Day.Az dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib. Belə ki, "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyi rayonda bina və qülləsinin tikintisi işlərinə başlayır.