İsrailin "El-Al" aviaşirkəti AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra Moskvaya bütün reysləri ləğv edib. Day.Az xəbər verir ki, bu barədə xarici KİV-lərdə məlumat yayılıb. Qeyd edək ki, ötən gün Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.