Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərmana dəyişiklik edilməsi barədə fərman imzalayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılıb.