Ukrayna prezidenti Volodimir Zelenski "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı verib. Day.Az xəbər verir ki, bu barədə o, "X" sosial media hesabı vasitəsilə paylaşım edib.