"Qroznıda təyyarəyə kənardan 3 zərbə dəydi və 3 dəfə möhkəm silkələndi". Day.Az xəbər verir ki, qolundan yaralanan bələdçi Zülfüqar Əsədov belə deyir. O bildirir ki, bundan sonra təyyarədə nasazlıq yaranmağa başlayıb. Bələdçi deyir ki, pilotun təyyarəni suya endirmək fikri var idi, lakin müəyyən səbəblərdən bu qərarını dəyişib.