Ağsu rayonunda şəhərdaxili hərəkət (mobillik) planı hazırlanacaq. Day.Az Trend-ə istinadən xəbər verir ki, artıq RİH bununla bağlı hazırlıq işlərini yekunlaşdırıb. Ağsu Rayon İcra Hakimiyyəti şəhərdaxili hərəkət (mobillik) planının hazırlanması işlərini Azərbaycan Texniki Universitetinə həvalə edib və müqavilə bağlayıb.