Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni yaşayış kompleksinin tikintisi ilə bağlı işlərə başlayır. Day.Az Trend-ə istinadən xəbər verir ki, agentlik yeni yaşayış kompleksinin Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində 5,83 ha torpaq sahəsində inşa edilməsini planlaşdırıb.