Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Qazaxıstana 116,9 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib. Bu barədə Day.Az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib. Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 27,1 milyon ABŞ dolları və ya 30,1% çoxdur.