Risk qrupuna daxil olan şəxslərdə qripəbənzər əlamətlər varsa, xəstələndiyi ilk gündən həkimə müraciət etməlidirlər ki, xəstəlikdə fəsad yaranarsa, vaxtında aşkar olunsun və adekvat tədbirlər görülsün. Day.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov deyib.