Qazaxıstanda "Air Astana" aviaşirkətinə məxsus təyyarə Aktau aeroportuna məcburi eniş edib. Day.Az-ın xəbərinə görə, bu haqda "Tengri Travel" şirkətinin mətbuat xidməti yerli KİV-ə məlumat verib. Bildirilib ki, təcili eniş etməli olan sərnişin təyyarəsi Almatı-Antalya hava reysi ilə uçub.