Abşeron, Binəqədi və Nərimanov rayonunun bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Day.Az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb. Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Digah" QPS-də qaznəqli sisteminin dayanıqlı və təhlükəsiz istismarını təmin etmək məqsədilə təmir-bərpa işləri aparılacaq.