Şəkərlə şirinləşdirilmiş içkilərin istifadəsi hər il dünyada 2,2 milyon yeni 2-ci tip diabet və 1,2 milyon ürək-damar xəstəliyi hadisəsinə səbəb olur. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu nəticə Tafts Universitetinin Qida Elmi və Siyasəti Məktəbinin alimlərinin apardığı tədqiqatda açıqlanıb.