Hazırda Azərbaycanda 50 kq-lıq un kisələrinin topdansatış qiymətləri 26-28 manat arasında dəyişir. Day.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti məlumat yayıb. Qurum ölkədəki un istehsalçıları barədə məlumatları ictimailəşdirib.