Kibertəhlükəsizlik üzrə tədqiqatçı Tomas Rot USB-C vasitəsilə "Apple"ə aid smarfonların təhlükəsizlik sistemini sındırmağın yolunu öyrənib. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu haqda "Apple Insider" nəşrində məqalə dərc olunub. Məqaləyə əsasən, Rot bu nailiyyətini 38-ci "Chaos Communication" konqresində ictimaiyyətlə bölüşüb.