Məzahir Pənahovun sədrliyi ilə 2025-ci il yanvarın 14-də Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. Bu barədə Day.Az-a Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən məlumat verilib. Bildirilib ki, əvvəlcə Komissiyanın 8 yanvar 2025-ci il tarixli iclas protokolu təsdiq edilib.