Son aylarda kartofun bahalaşdığı müşahidə edilir. Day.Az ATV-yə istinadən xəbər verir ki, bahalaşma həm bazarlarda, həm də mağazalarda hiss olunur. Belə ki, 1 manat 30 qəpiyə satılan kartof hazırda 1 manat 79 qəpiyə təklif olunur. Ekspertlər isə deyirlər ki, Azərbaycan kartofa tələbatını özü ödəyən ölkə sayılır.