Bakıda 13 yaşlı oğlan itkin düşüb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, 2012-ci il təvəllüdlü Əhmədov Vüsal Zahid oğlu yanvarın 15-də günorta saatlarında Nəsimi Rayonu, Hüseynqulu Sarabski - 44 ünvanından velosipedlə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb. Evdən çıxarkən əynində boz idman dəsti olub.