Sumqayıtda yeniyetmələr arasında düşən mübahisə qanlı hadisə ilə nəticələnib. İki qardaşla mübahisə edən 17 yaşlı yeniyetmə qətlə yetirilib. Day.Az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 14 yaşlı və 15 yaşlı iki qardaş saxlanılaraq istintaqa təhvil veriliblər.