"Şamaxı" qış fasiləsində növbəti transferini reallaşdırıb. Day.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, bölgə təmsilçisi müdafiəçi Vladislav Veremeyevi heyətinə qatıb. Ukraynalı mərkəz müdafiəçisi ilə il yarımlıq müqavilə imzalanıb.