Ötən il Azərbaycanda 141,8 min ton asfalt istehsal edilib. Day.Az-a bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir. Məlumata görə, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə asfalt istehsalı 15,4% azalıb. Eyni zamanda, ötən il Azərbaycanda 5018,3 min ton beton istehsal edilib.