Vergi güzəşti almış layihələr kənd təsərrüfatı, aqrar biznes, fintek, "yaşıl iqtisadiyyat" və elektron ticarət sahələrində innovativ həllərdir. 2024-cü ildə 104-ü mikro və 5 kiçik sahibkarlıq subyekti olmaqla "Startap" şəhadətnaməsi almaq üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) ümumilikdə 109 müraciət daxil olub.