Xaçmaz rayonunun Yergüc kəndi yaxınlığında bağ sahəsindəki kiçik göldə kişi meyiti aşkarlanıb. Day.Az xəbər verir ki, cəsədin Xaçmaz rayonunun Ağyazı kənd sakini 39 yaşlı Bayramov Ələsgər Müseyib oğluna məxsus olduğu məlum olub. Əraziyə Fövqəladə Hallar Nazirliyinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.