Bəzi sosial şəbəkə səhifələrində Bakıda "Kamaz" markalı yük avtomobili sürücüsünün hərəkətləri ilə bağlı iddialar yayılıb. Day.Az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, qadağan edilmiş vaxtda hərəkət edən yük avtomobilinin sürücüsünün qeyri-qanuni şəkildə saxlanılması və bu zaman xəsarətlər alması iddia olunub.