Pakistanda güclü partlayış olub. Day.Az Milli.Az xəbər verir ki, hadisə nəticəsində azı altı nəfər həlak olub, 30-dan çox yaralı var. Bildirilir ki, hadisə bu gün səhər Pəncab əyalətinin Multan şəhərində baş verib. Səbəb şəhərin sənaye rayonlarından birində park edilmiş avtosisternin klapanından qaz sızması olub.