"Turan Tovuz"un futbolçusu Otto Con nadir təsadüf olunan göstəriciyə imza atıb. İdman.biz xəbər verir ki, o, "Qarabağ"la oyunlarda ardıcıl iki gün qol vurub. Yanvarın 26-da Misli Premyer Liqasının XX turunun görüşündə sonradan meydana çıxan futbolçu komandasına qələbə qazandıran qola imza atıb - 2:1.