Emmanuel Makron Fransada hakimiyyətə gəldikdən sonra Azərbaycana qarşı münaqişə siyasəti yürütməyə başladı. Day.Az xəbər verir ki, bunu bu gün Bakıda "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.