Prezident mükafatına layiq görülməyimdən əvvəlcədən xəbərim yox idi. Bir neçə zəngdən və təbriklərdən sonra mən hələ anlaya bilmirdim ki, bu nəyin təbrikidir. Day.Az-ın məlumatına görə, bu sözləri Trend-ə Prezident mükafatına layiq görülən gənclərdən biri olan, film bəstəkarı Vüqar Məmmədzadə təəssüratlarını bölüşərkən deyib.