Neftçala rayonunda şirkət işçisi çalışdığı yerdə vəfat edib. Day.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə fevralın 7-si saat 13 radələrində Neftçala şəhərində yerləşən Yodbrom MMC-də baş verib. Şirkətin əməkdaşı 1975-ci il təvəllüdlü Vüsal Sərdarzadə işlədiyi yerdə qəfil dünyasını dəyişib.