Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində "Mercedes" markalı avtomobildən 1150 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.