Ötən həftə neftin qiymətlərində ucuzlaşma qeydə alınıb. Day.Az xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti ötən həftə ilə müqayisədə 1,7 ABŞ dolları və ya 2,15% azalaraq, 77,34 dollar/barel təşkil edib.