Paytaxtda və Sumqayıtda oğurluq edənlər saxlanılıb. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, paytaxtın Nizami rayonunda, həmçinin Sumqayıt şəhərində mağazalardan 1100 manatlıq məhsullar, 1 ədəd noutbuk, qızıl klon və sırğa oğurlanması barədə polisə məlumat daxil olub.