Rusiyanın "Baltika" klubunun futbolçusu Aleks Fernandes karyerasını Azərbaycanda davam etdirməyə yaxındır. İdman.biz Rusiya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı braziliyalı vinger müqavilə imzalamaq üçün bu gün Bakıya gəlməlidir. Onun "Neftçi"yə keçəcəyi gözlənilir.