Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Day.Az xəbər verir ki, bu barədə DYP məlumat yayıb. Bildirilib ki, sinoptiklərin məlumatına əsasən, fevralın 14-də Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə yağış yağacağı, dağlıq rayonlarda yolların buz bağlaması gözlənilir.