Azərbaycanda Məhərrəmlik ayı iyunu 26-na təsadüf edəcək. Day.Az xəbər verir ki, bu, Qafqaz Müsəlmanlar İdarəsinin təqvimində qeyd edilib. Belə ki, Aşura günü iyulun 5-nə təsadüf edəcək. Təqvimdə Məhərrəmlik ayının sonuncu günü iyulun 25-ni göstərir. Bundan sonra isə Səfər ayı başlayacaq.