İki mərtəbəli qoşqusu olan yük avtomobili qəfildən alışıb yandı. Day.Az Xəzər TV-yə istinadən bildirir ki, hadisə ötən gecə Bakı-Quba ödənişli avtomobil yolunun 95-ci kilometrliyində baş verib. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və qoşquda olan digər 3 avtomobil yanğından mühafizə olunub.