UNESCO təhsil sisteminə görə Azərbaycanda savadlılıq 100%-ə yaxındır. Day.Az xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev Təhsildə Yeni Çağırışlar VI Beynəlxalq Forumunda çıxış edərkən deyib. O bildirib ki, təhsil cəmiyyətin inkişafında əsas rol oynayır.