Xəbər verdiyimiz ki, Azərbaycanın sabiq səhiyyə naziri Oqtay Şirəliyev ötən gün 75 yaşında dünyasını dəyişib. Day.Az xəbər verir ki, bu gün Təzəpir məscidində O.Şirəliyevlə vida mərasimi keçirilir. Mərasimdə mərhumun yaxınları, Səhiyyə Nazirliyi, TƏBİB rəhbərliyi, dövlət və ictimai xadimlər, şəhər sakinləri iştirak edirlər.