Cari ilin yekunlarına əsasən, Azərbaycan ilə Çin arasında olan ticarət dövriyyəsində yeni tarixi rekord qeydə alınacaq. Day.Az xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəfli münasibətlərin yekunlarına həsr olunmuş brifinqdə bildirib.