Dekabrın 27-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunub. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 9, Daşkəsəndə 6, Şahbuzda 4, Xaltanda 2, Şəkidə (Kişçay) 1 sm-dir.