Azərbaycan çempionu "Qarabağ" bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununa çıxacaq. Day.Az xəbər verir ki, Ağdam təmsilçisi turnirin VII turu çərçivəsində Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.